Ərdoğan BƏƏ və Misirə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinə, 14-də isə Misirə səfər edəcək.
Redaktor.az xəbər verir ki, bununla bağlı Anadolu Agentliyi məlumat yayıb.
Türkiyə liderinin fevralın 13-də Dubayda keçiriləcək “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” Dünya Hökumətləri Sammitində fəxri qonaq qismində iştirak etməsi planlaşdırılır.