ABŞ-nin Türkiyəyə “F-16” tədarükü 2028-ci ilə qədər uzana bilər

 10:34 12.02.2024     208

Türkiyənin ABŞ-dən istədiyi yeni “F-16” qırıcılarının tədarükü çoxsaylı sifarişlər səbəbindən 2028-ci ilə qədər uzana bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, ötən gün ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib: “Artıq istehsalçı ilə müvafiq qurumlar arasında danışıqlara başlanılacaq”.

Bildirilib ki, çoxsaylı sifarişlər səbəbindən yeni qırıcıların çatdırılması gecikə bilər.