Putinin Ermənistana səfəri məsələsi dialoq yolu ilə həll olunacaq - Peskov

 13:45 12.02.2024     237

Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə qoşulması ilə bağlı Ermənistandan zəmanət almalıdır, bu məsələ ölkələr arasında dialoq zamanı həll olunacaq.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində Rusiya lideri Vladimir Putinin Ermənistana səfərinin mümkün olub-olmaması və Kremlin respublikanın Baş naziri Nikol Paşinyanın bəyanatlarından sonra kiminlə danışıqlar aparmalı olduğu sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, bundan əvvəl Paşinyan bildirib ki, o, Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.

“Biz artıq dedik ki, təbii ki, Ermənistanın bu beynəlxalq nizamnaməyə qoşulması ilə bağlı yeni reallıq, əlbəttə, bizim ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Erməni tərəfdaşlar, bu məsələ hələ də ikitərəfli dialoq çərçivəsində həll edilməlidir, biz bunu etməkdə qərarlıyıq”, - Peskov bildirib.

Turan İSMAYIL