Paşinyan İrana nümayəndə heyəti göndərir
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti hökumətlərarası komissiyanın birgə iclasında iştirak etmək üçün İrana gedəcək.
Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, nümayəndə heyəti fevralın 13-15-də Tehranda olacaq. Müvafiq qərarı Baş nazir Nikol Paşinyan imzalayıb.
Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Vahan Kostanyan, səhiyyə nazirinin müavini Lena Nanuşyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, Kristin Qaleçyan və Akop Vardanyan, İqtisadiyyat Nazirliyinin rəis müavini Narek Teryan da daxildir.
T.İSMAYIL