"NATO-nun işi ABŞ prezidentlərinin əhval-ruhiyyəsindən asılı ola bilməz"

 15:38 12.02.2024     227

NATO-nun işi ABŞ prezidentlərinin əhval-ruhiyyəsindən asılı ola bilməz.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Donald Trampın bəyanatlarını şərh edərkən deyib.

"İcazə verin, istehza edim. Bu seçkilər kampaniyası zamanı daha çox şey görəcəyik və eşidəcəyik. Gəlin ciddi olaq. NATO alakart hərbi ittifaq ola bilməz. NATO ABŞ prezidentinin müəyyən bir gündəki əhval-ruhiyyəsindən asılı olaraq fəaliyyət göstərən alyans ola bilməz" - deyən Borrell əlavə edib ki, o, vaxtını “axmaq ideyalar”a şərh vermək fikrində deyil.

"Xeyr, gəlin ciddi olaq. O (NATO -  red.) var, ya da yoxdur. Amma mən ABŞ-də seçki kampaniyası zamanı ağlıma gələn hər hansı axmaq fikirləri şərh etməklə vaxt itirmək fikrində deyiləm", - deyə Aİ diplomatiyasının başçısı yekunlaşdırıb.

Qeyd edək ki, fevralın 10-da Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürmək istəyən Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxış edərkən NATO liderləri ilə görüşlərindən birini xatırladıb. Respublikaçı suala cavab olaraq bildirib ki, alyansın kollektiv büdcələrinə töhfə verə bilməyən bir ölkəyə ABŞ-nin müdafiəsini təmin etməyəcək. Tramp bu söhbətin nə vaxt, harada və kiminlə aparıldığını açıqlamayıb.

Turan İSMAYIL