İsrail qırıcıları Livandakı hədəfləri VURDU

 16:04 12.02.2024     208

İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubunda şiə Hizbullah hərəkatının hərbi obyektlərinə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri döyüşçüləri Livanın cənubunda "Hizbullah"ın bir sıra terrorçu hədəflərinə zərbələr endirib. Marun ər-Rasa bölgəsində endirilən zərbələr zamanı bir təyyarə "Hizbullah" terrorçularının müəyyən olunduğu avtomobilə hücum edib. Terrorçuların bir sıra hədəfləri Livanda Əl-Adisa və Xiam bölgələrində də məhv edilib”, - məlumatda deyilir.

“Bundan əlavə, İsrail Müdafiə Qüvvələri Tayr Harfa və Marun ər-Ras bölgələrində iki hərbi obyektə və bir hərbi obyektə zərbələr endirib”, - ordunun mətbuat xidməti əlavə edib.

Turan İSMAYIL