Qırğız Prezidenti amnistiya elan etdi

 16:18 12.02.2024     233

Qırğız Respublikasının Prezidenti Sadır Japarov bəzi kateqoriyalardan olan məhbusların amnistiyasını nəzərdə tutan qanunu imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov “Konstitusiyanın qəbulunun 30 illiyi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ilə əlaqədar amnistiya haqqında” Qırğız Respublikasının qanununu imzalayıb”, - məlumatda deyilir.

Mətbuat xidməti xatırladıb ki, bu qanun respublikanın milli parlamenti tərəfindən bu il yanvarın sonunda qəbul edilib. O, “müəyyən kateqoriyadan olan şəxslər üçün azadlıqdan məhrum etmə növündə və çəkilməmiş cəza müddətinin azadlıqdan məhrum etmə növündə” cinayət cəzasından azad edilməsini nəzərdə tutur.

Məlumatda qeyd edilib ki, amnistiya ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə şamil edilməyəcək.

Amnistiya ilə azadlığa buraxılacaq məhbusların sayı göstərilmir.

Turan İSMAYIL