"Moskva ABŞ-nin istənilən şəhərindən yaxşıdır" - Putinlə görüşən amerikalı jurnalist
Moskva ABŞ-nin istənilən şəhərindən daha xoş təəssürat yaradır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu, amerikalı jurnalist Taker Karlson Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı deyib.
"Əvvəllər heç vaxt olmadığım, 13 milyon əhalisi olan Avropanın ən böyük şəhəri olan Moskvanın ölkəmdəki hər hansı bir şəhərdən daha gözəl olması məni şoka saldı. Bu barədə heç bir fikrim yox idi. Daha təmiz, daha təhlükəsiz və estetik baxımdan daha gözəldir. Onun memarlığı, yeməkləri, xidmətləri ABŞ-nin hər hansı bir şəhərindən daha yaxşıdır."
Karlson səkkiz gün keçirdiyi Rusiya paytaxtının göstəricilərindən biri kimi metronu xüsusi qeyd edib. “Əgər siz Nyu-Yorkda çoxlarının çox təhlükəli olduğu üçün qeyd etdiyi metrodan istifadə edə bilmirsinizsə, o zaman rəhbərliyin məqsədinin nə olduğunu düşünməyə başlayırsınız” - o deyib.
Eyni zamanda, Karlson ABŞ-da yaşamağa davam etmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Karlson bir neçə gün öncə Moskvada Rusiya Prezidenti Vladimir Putindən geniş müsahibə götürüb. Onun müsahibəsi dünyanın hər yerində izlənilib. Hətta ölkəsində və bəzi Qərb ölkələrində etiraza səbəb olub.
Turan İSMAYIL