"Meta"nın mətbuat katibi həbs EDİLDİ

 19:12 12.02.2024     232

Moskvada Basmannı rayon məhkəməsi "Meta" korporasiyasının mətbuat katibi Endi Stounu qiyabi həbs edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Onun barəsində iki aylıq həbs qərarı çıxarılıb. Müddət Rusiyaya ekstradisiya edildiyi andan hesablanacaq.

Yusif EYVAZLI