"Ukraynada münaqişə 2022-ci ildə deyil, 2014-cü ildə başlayıb" - BMT baş katibinin köməkçisi
BMT 2014- cü ili Ukraynada münaqişənin başlanğıc tarixi kimi tanıyıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu faktı BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında təşkilatın baş katibinin köməkçisi Miroslav Yença təsdiqləyib.
"Ukraynada silahlı münaqişə 2022-ci il fevralın 24-də başlamayıb, lakin ölkənin şərqində 2014-cü ildən davam edir", - baş katibin köməkçisi bildirib.
Yusif EYVAZLI