Seneqalda universitetlər tətilə başladı
Seneqalda prezident seçkilərinin təxirə salınmasının elan edilməsindən sonra keçən həftə keçirilən nümayişlər zamanı bir tələbənin ölümünə etiraz olaraq fevralın 12-13-də dövlət universitetlərində tətil elan edilib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, 48 saatlıq tətil Ali Təhsil İşçilərinin Muxtar Həmkarlar İttifaqının (ATU) qərarı ilə keçirilir.
Universitetin tələbəsi Alfa Yero Tounkara polis əməkdaşları ilə toqquşma zamanı ağır yaralandığı yerli xəstəxanada dünyasını dəyişib.
Artıq səlahiyyətli orqanlar araşdırmaya başlayıb.
Yusif EYVAZLI