Üç Avropa ölkəsi xarici müdaxilə ilə mübarizə layihəsi yaratdı
Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri Rusiyanın həyata keçirdiyi də daxil olmaqla, xarici müdaxilə ilə mübarizə üçün birgə layihə yaratmaq niyyətində olduqlarını bəyan ediblər.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, onların birgə mətbuat konfransı Fransa Xarici İşlər Nazirliyinin rəsmi YouTube kanalında yayımlanıb.
"Biz xarici müdaxiləni açıq şəkildə pisləmək üçün Weimar formatında bir xəbərdarlıq mexanizmini işə salırıq", - deyə Fransanın xarici işlər naziri Stefan Sejournet bildirib.
Onun sözlərinə görə, ölkələr bu cür halları tanımaq və bu barədə ictimaiyyəti məlumatlandırmaq üçün istifadə edəcəklər.
Yusif EYVAZLI