Bayden Netanyahunun ünvanına niyə nalayiq ifadələr işlədib?
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığında Amerika liderinin Vaşinqtona İordan çayının qərb sahilindəki yəhudi məskunlaşmalarına qarşı sanksiyalar tətbiq etməsinə icazə verən fərmanından narazılığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı fevralın 11-də baş tutan söhbətin məzmunu ilə tanış olan mənbələrə istinadən xəbər verir.
Mənbələr bildiriblər ki, Netanyahu Baydenə İsrailin zorakılığı azaltmaq üçün gördüyü tədbirlərdən sonra “ABŞ prezidentinin məskunlaşanların hücumlarının sayı azaldığı halda niyə sərəncam vermək qərarına gəldiyini anlamadığını” deyib. Portal qeyd edib, İsrail baş nazirinin ABŞ prezidentinin fərmanından artan narazılığı bu fərmanın və sonrakı sanksiyaların bütün məskunlaşma fəaliyyəti üçün “görünməmiş nəticələrə gətirib çıxara biləcəyi” qorxusundan xəbər verir.
NBC-nin daha əvvəl mənbələrə istinadən verdiyi məlumata görə, Bayden son həftələrdə şəxsi olaraq dəfələrlə Netanyahunun hərəkətlərindən narazılığını bildirib və onun haqqında nalayiq ifadələr işlədib.
Qeyd edək ki, fevralın 1-də Bayden ABŞ administrasiyasına İordan çayının qərb sahilində zorakılıq aktlarında iştirak edən yəhudi köçkünlərə qarşı sanksiyalar tətbiq etməyə icazə verən sərəncam imzalayıb. Dövlət Departamenti dərhal “İordan çayının qərb sahilində mülki əhaliyə qarşı zorakılığın artmasında iştirak edən” dörd İsrail vətəndaşına qarşı sanksiyalar elan edib. Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan izahat qeydindən belə çıxır ki, məhdudiyyətlər “sülh, təhlükəsizliyə və sabitliyə təhlükə törədən” fəaliyyətlərdə “məsuliyyət daşıyan və ya iştirak edən, birbaşa və ya dolayısı ilə iştirak edən və ya bu fəaliyyətlə məşğul olmağa cəhd edən” şəxslərə qarşı tətbiq edilir.
Turan İSMAYIL