"Almaniyada nasistlərin nəsli hakimiyyətdədir" - Zaxarovadan sərt sözlər
Almaniyada nasistlərin övladlarının hakimiyyətdə olması Almaniyanın Ukrayna Prezidenti Volodimir Zelenski rejiminə dəstəyini izah edir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında yazıb. O, buna diqqət çəkərək, Almaniya diplomatik xidmətinin hazırkı rəhbəri Annalena Berbokun ailə tarixini nümunə göstərib.
"Almaniya niyə Zelenskinin nasist rejimini dəstəkləyir? Çünki Almaniyada nasistlərin nəsli hakimiyyətdədir", - Zaxarova qeyd edib.
Rusiya XİN sözçüsü bildirib:
"6 may 2021-ci ildə Atlantik Şurada (Vaşinqtonda beyin mərkəzi) konfrans zamanı Almaniyanın xarici işlər naziri Berbok deyib: “Polşa ilə sərhəd Oder çayı boyunca keçir və mənim babam 1945-ci ilin qışında bu çayda, bu sərhəddə döyüşüb. 2004-cü ildə isə Yoşka Fişer Almaniyanın xarici işlər naziri kimi Polşa tərəfdən olan həmkarı ilə yenidən Avropanın birləşməsini qeyd edəndə, əlbəttə ki, Polşa ilə Almaniya arasında bərpa olunan bu körpünün üstündə dayandım”.
2021-ci ilin iyun ayında yazdığı kitabda alman siyasətçi babasının “zenit silahı təmiri bölməsində "Wehrmacht" zabiti olduğunu və 1945-ci ilin yanvarında geri çəkilmə zamanı Frankfurt an der Oder şəhərinin şərq tərəfinə gəldiyini” iddia edib.
Eyni zamanda, Zaxarova xatırladıb ki, Bunte nəşri Almaniyanın xarici işlər naziri Valdemar Berbokun babası haqqında "Wehrmacht" dosyesindən çıxarışlar dərc edib. "Və onun nasistlərin qızğın tərəfdarı olduğu qeyd olunur. Üstəlik, polkovnik Berbok "şərtsiz nasional-sosialist", "tamamilə nasional-sosializmdə kök salmış".
Rusiyalı diplomat daha sonra qeyd edib:
"1944-cü ildə o, "düşmən atəşi altında xüsusi xidmətə və ya döyüş əməliyyatları zamanı xüsusi xidmətə görə" verilən ən nüfuzlu nasist mükafatlarından biri olan Qılınclarla Müharibə Mükafatı Xaçı ilə təltif edilməli idi.
Almaniya Xarici İşlər Nazirliyi nasist babasına heyran olan nəvəsi Annalenanı müdafiə etməyə tələsdi və dərhal mətbuata belə bir cavab verdi: "Xarici işlər naziri sənədlərlə tanış deyildi." Bir neçə gün keçdi və Berbok özü susmağa davam edir”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, "Bild" nəşri öz əcdadlarının nasist keçmişini etiraf edən məşhur insanların tam siyahısını dərc edib. "Və bütün bunlar Almaniyada Adolf Hitlerin irsinin növbəti dəfə təkrar nəşri fonunda", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yekunlaşdırıb.
Turan İSMAYIL