Ərdoğanla Baydenin görüşü gözlənilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Cozef Baydenin görüşü gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumata görə, əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edəcək: “Amma hər iki ölkədə keçiriləcək seçkilərlə bağlı olaraq təmasların konkret tarixi hələ ki, açıqlanmayıb. Hazırda tarixlərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir”.
Bildirilib ki, R.T.Ərdoğan C.Baydenin görüşü iyul ayında keçiriləcək NATO sammiti çərçivəsində də ola bilər.
Məlumata görə, payız aylarında isə ABŞ-dən olan iki nümayəndə heyəti Türkiyədə səfərdə olacaq: “ABŞ xüsusilə yaşıl enerji ilə bağlı Türkiyə ilə əməkdaşlıqda maraqlıdır”.
Qeyd olunub ki, bu səfərlərin məqsədi Ankara ilə Vaşinqton arasında münasibətlərdə yeni mərhələnin əsasını qoymaqdır.