Rusiya bu ölkənin baş nazirini axtarışa verdi
Estoniya Baş naziri Kaya Kallas Rusiyada cinayət işi üzrə axtarışa verilib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat-axtarış bazasında bildirilib.
“Kallas Kaya. Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışa verilib”, - deyə məlumat bazasında qeyd edilib.
Lakin axtarışın hansı maddə əsasında aparıldığı göstərilməyib.
Rusiya Daxili İşlər Nazirliyi həmçinin Estoniyanın dövlət katibi Taymar Peterkopu da cinayət işi üzrə axtarışa verib, lakin axtarışın konkret hansı maddə ilə aparıldığı açıqlanmayıb.