Moskvada MiQ zavodu YANIR

 15:41 13.02.2024     253

Moskvada Leninqrad prospektində yerləşən MiQ zavodunda yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

İlkin məlumata görə, yanğın zavodun mövcud binasına bitişik yenidən qurulan sexdə baş verib. Bildirilir ki, yanğın binanın ikinci və üçüncü mərtəbələrində başlayıb, onun sahəsi 70 kvadratmetr olub.

İşçilər zavoddan təxliyə edilib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası göndərilib.

T.İSMAYIL