Mirzoyan Brüsseldə Borrellə görüşdü
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbərinin "X" hesabında məlumat verilib.
Bildirilib ki, görüş Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından əvvəl Brüsseldə baş tutub. "İkitərəfli əməkdaşlıqda son nailiyyətlərə və bizim fəal işləyə biləcəyimiz perspektivlərə nəzər saldıq", - Mirzoyan qeyd edib.
Ermənistan XİN rəhbəri regiondakı son vəziyyət barədə Aİ-nin Ali Nümayəndəsini məlumatlandırıb.