Antalyada sel səbəbilə məktəblərdə tətil elan edildi

 17:07 13.02.2024     236

Türkiyənin Antalya şəhərində davam edən sel ağır nəticələrə səbəb olub.

Redaktor.azTRT Haber”ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində şəhərin Kepez rayonundakı Qazi bulvarında bir maşında 47 yaşlı adamın meyiti tapılıb.

Həmçinin, beş rayonda - Aksu, Döşemealtı, Kepez, Muratpaşa və Konyaaltı rayonlarında məktəblərdə bu gün və sabah tətil elan olunub.

Məlumata görə, 989 nəfər təxliyə edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 248 nəfərlik şəxsi heyət, 63 nəqliyyat vasitəsi, 24 generator və 13 dalğıcla işlər davam edir.