ABŞ-da istehlak qiymətləri artıb
Yanvarda ABŞ-də istehlak qiymətləri illik müqayisədə 3,1% artıb.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Əmək Departamentinin dərc etdiyi məlumatlar sübut edir.
2023-cü ilin dekabrında bu göstərici 3,4%, noyabrda 3,1%, oktyabrda 3,2%, sentyabr və avqustda 3,7%, iyulda 3,2%, iyunda 3% olub. Yanvarda aylıq ifadədə istehlak qiymətləri 0,3% artıb.
Bir ildən çox müddətə (2022-ci ilin iyununda inflyasiya 9,1%) ABŞ-də qiymətlər son dörd onillikdə ən yüksək səviyyəyə qalxdıqdan sonra bütün növ mal və xidmətlər üzrə inflyasiya əhəmiyyətli dərəcədə aşağı düşüb.
ABŞ-də inflyasiya ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyatlar Sisteminin 2%-lik hədəfini aşır. "Vaşinqton Post" qeyd edib ki, 2023-cü ildə inflyasiya “hər kəsin gözlədiyindən çox sürətlə aşağı düşüb”.
Turan İSMAYIL