Tramp gəlinini bu vəzifəyə gətirmək istəyir
ABŞ-nin keçmiş prezidenti Donald Tramp gəlini Lara Trampın ABŞ Respublikaçılar Milli Komitəsinin (NCRP) həmsədri postuna namizəd kimi irəli sürülməsi imkanını müzakirə edir.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, NCRP-nin hazırkı rəhbəri Ronna MakDaniel Trampa Cənubi Karolinada Respublikaçıların ilkin seçkilərindən sonra vəzifəsini tərk edəcəyi barədə xəbərdarlıq edib.
Agentliyin məlumatına görə, gəlinin Milli Komitədə tutması Trampın Respublikaçılar Partiyasına təsirini gücləndirəcək ki, bu da prezident seçkiləri ərəfəsində böyük əhəmiyyət kəsb edir.
Turan İSMAYIL