Qəzza ilə bağlı dördtərəfli məsləhətləşmələr üç gün davam edəcək

 22:45 13.02.2024     258

Misir, Qətər, ABŞ və İsrail nümayəndələrinin iştirakı ilə Qahirədə Qəzza zolağında atəşkəs rejiminin yaradılması və girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı razılığın əldə olunması ilə bağlı keçirilən məsləhətləşmələr daha üç gün davam edəcək.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb.

“Misir paytaxtında dördtərəfli görüşlərdə atmosfer müsbətdir, məsləhətləşmələr qarşıdakı üç gün ərzində davam etdiriləcək”, - məlumatda deyilir.

Yusif EYVAZLI