Bayden spikeri Ukraynaya yardımla bağlı qanunu dərhal səsə qoymağa çağırdı
İsrail və Ukraynaya yardım paketi layihəsi Nümayəndələr Palatasının tam iclasında səsə qoyulsa, təsdiqlənəcək.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.
"Mən Nümayəndələr Palatasının spikeri Mayk Consonu qanun layihəsini dərhal səsə qoymağa çağırıram. Dərhal. Şübhə yoxdur ki, Senat qanun layihəsi Nümayəndələr Palatasında səsə qoyulsa, qəbul olunacaq. O, keçəcək və spiker də bunu bilir”, - prezident bildirib.
"Ona görə də mən spikerdən Nümayəndələr Palatasının tam üzvlərinin öz fikirlərini ifadə etməsinə icazə verməyə çağırıram. Və Nümayəndələr Palatasındakı ən ifrat azlığın bu qanun layihəsi üzrə səsvermə imkanını belə əngəlləməsinə imkan verməməyə çağırıram" - Bayden deyib.
Qeyd edək ki, Senat 95 milyard dollardan çox məbləğdə əlavə büdcə vəsaitinin ayrılmasını nəzərdə tutan bu qanun layihəsini təsdiqləyib. Bunun 60,06 milyard dollarının Ukraynaya, 14,1 milyard dollarının isə İsrailə yardıma yönəldilməsi təklif edilir. Conson fevralın 12-də bildirib ki, sənəd ABŞ-ın üzləşdiyi “ən ciddi problemə” toxunmayıb. Conson artıq qanun layihəsini “qəsdən keçilməz” adlandırıb.
Turan İSMAYIL