Ərdoğan Misirə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 14-də Misirə rəsmi səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Görüşdə ikitərəfəli münasibətlər, İsrail-Fələstin münaqişəsi, habelə regional məsələlərin müzakirə olunacağı gözlənilir.
Liderlərin görüşündə ticarət, müdafiə, enerji və turizm kimi müxtəlif sahələrdəki imkanlar da qiymətləndiriləcək.
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 12 il əvvəl Misirin o vaxtkı prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pozulmuşdu.