Mirzoyan NATO nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə etdi
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri "X" (keçmiş tviter) hesabında məlumat verib.
Onun sözlərinə görə, görüşdə regiondakı son vəziyyət müzakirə olunub. Tərəflər həmçinin Ermənistan-NATO tərəfdaşlığını müzakirə ediblər.
Qeyd edək ki, görüş XİN rəhbəri Mirzoyanın Brüsselə səfəri çərçivəsində baş tutub.