Simonyan Bolqarıstana gedir
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bolqarıstan Respublikasına rəsmi səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə armradio.am saytı məlumat yayıb.
Səfər çərçivəsində Alen Simonyanın Bolqarıstanın Baş naziri Nikolay Denkov, Prezident Rumen Radev, Milli Assambleyanın sədri Rosen Jelyazkov və Bolqarıstan-Ermənistan Dostluq Qrupunun üzvləri ilə görüşləri nəzərdə tutulub.
T.İSMAYIL