İsveçrə NATO ölkələri ilə hərbi təlimlərdə iştirak edəcək

 14:12 14.02.2024     234

Neytral statusa malik İsveçrə 2024-cü ildə xarici tərəfdaşları ilə 24 hərbi təlimdə iştirak edəcək ki, onların da əksəriyyəti NATO ölkələrinin ərazisində baş tutacaq.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, İsveçrə hökuməti - Federal Şuranın məlumatına görə, Şimali Atlantika Alyansının Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində altı tədbir keçiriləcək.

“2024-cü il üçün altısı Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində 24 təlim tədbiri elan edilib. Bir sıra dövlətlərlə ikitərəfli səviyyədə 18 təlim planlaşdırılır: dördü İsveçrədə, on dördü isə xaricdə” - Federal Şura qeyd edib.

Turan İSMAYIL