Pentaqon rəhbəri Ukraynaya dəstək üçün iclas keçirdi

 18:22 14.02.2024     252

Pentaqonun rəhbəri Lloyd Ostin bu gün, fevralın 14-də Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasını rəsmi olaraq açıb.

Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Bu gün biz Ukraynanın qısamüddətli ehtiyacları üzərində birlikdə işləyəcəyik" -  deyə nazir görüş iştirakçılarına onlayn müraciətində bildirib.

Qeyd edək ki, söhbət hava hücumundan müdafiə üçün daha çox artilleriya, döyüş sursatı və raketlərə olan tələbatdan gedir.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən