İspaniya hökuməti İsrailə silah ixracına icazə verməyəcək

 18:47 14.02.2024     260

İspaniya hökuməti Yaxın Şərqdə vəziyyətin pisləşməkdə davam etdiyi bir vaxtda İsrailə silah ixracına icazə vermək niyyətində olmadığını əmin edib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Xose Manuel Albares məlumat verib.

Onun sözlərinə görə, 2023-cü ilin oktyabr ayından Madrid “İsrailə silah ixracı üçün lisenziya” verməyib. “Və bu münaqişə vəziyyəti davam etdikcə onlar mövcud olmayacaq”, - diplomat əmin edib.

Bundan əvvəl "El Diario" qəzeti 2023-cü ilin noyabrında İspaniyadan İsrailə 987 min avro dəyərində sursat ixrac edildiyini bildirmişdi. Ticarət üzrə Dövlət Katibliyi tədarüklərin “2023-cü il oktyabrın 7-dən əvvəl verilmiş lisenziyalara uyğun olduğunu” açıqlamışdı. Mətbuatda yer alan xəbərlərə görə bəzi deputat qrupları hökumətdən izahat tələb edib.

Fevralın 12-də Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, İsraili dəstəkləyən ölkələrin səlahiyyətliləri Qəzza zolağında mülki əhalinin tələfatının qarşısını almaq üçün ondan xahiş etməyi dayandırmalıdır. Onun sözlərinə görə, onlar özləri tədbir görməlidirlər, məsələn, silah tədarükünü məhdudlaşdırmalıdırlar.

Turan İSMAYIL