Rusiya xərçəngə qarşı peyvənd yaradır - Putin AÇIQLADI
"Rusiya xərçəngə qarşı vaksinlər yaratmağa yaxınlaşıb və biz onların fərdi terapiya metodları kimi erkən istifadəsinə arxalana bilərik".
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Onu da əlavə edəcəyəm ki, biz onko-vaksinlər adlanan - xərçəngə qarşı peyvəndlər - və yeni nəsil immunomodulyator dərmanlar yaratmağa yaxınlaşdıq. Və ümid edirəm ki, tezliklə onlardan fərdi terapiya metodları kimi səmərəli istifadə olunacaq" - deyə Putin Gələcək Texnologiyalar Forumunun plenar iclasında bildirib.
Turan İSMAYIL