Rusiya Səmərqənddə baş konsulluq açır

 21:27 14.02.2024     243

Rusiyanın baş naziri Mixail Mişustin Rusiyanın Səmərqənddə (Özbəkistan) baş konsulluğunun açılması haqqında fərman imzalayıb. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sərəncamda deyilir: “Rusiya Federasiyasının Səmərqənd şəhərində (Özbəkistan Respublikası) baş konsulluğu açılsın.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə Baş Konsulluğun ştat cədvəlini müəyyən etmək və onun ştat cədvəlini təsdiq etmək tapşırılıb.

Yusif EYVAZLI