“Ukraynaya yardım məsələsində onu heç kim əvəz edə bilməz”
“ABŞ-nin Ukraynaya yardımını heç nə əvəz edə bilməz, çünki Qərb ölkələri arasında hərbi yardım məsələsində onu əvəz edə biləcək heç kim yoxdur”.
Redaktor.az “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
Sullivanın sözlərinə görə, müttəfiqləri və tərəfdaşları bu boşluğu tamamilə doldurmağı bacarmaz:
“Biz faktlarla üzləşməliyik. Birləşmiş Ştatların təmin etdiyi maliyyəni heç nə əvəz edə bilməz”.