Ramazan ayında Qəzzada atəşkəs tətbiq edilməlidir - Misirdən İsrailə təklif

 23:47 14.02.2024     258

Misir hakimiyyəti İsrail tərəfini inandırmağa çalışır ki, Fələstinin Qəzza zolağında bu il martın 11-də başlayan müsəlmanların müqəddəs oruc tutduğu Ramazan ayında atəşkəs tətbiq edilməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Misir hakimiyyəti “İsrail nümayəndələrini Ramazan ayı ərzində Qəzzada münaqişə tərəfləri arasında atəşkəsin yaradılmasının zəruriliyi barədə məlumatlandırıb”. Həmçinin qeyd edilir ki, Misir bu müddət ərzində Fələstin anklavının əhalisinə çatdırılan humanitar yardımın həcmini artırmaqda israrlıdır.

Bununla əlaqədar, telekanal bildirib ki, Misir nümayəndələri “sektorda atəşkəs razılaşması əldə etmək üçün danışıqların uğurla başa çatması üçün ciddi işləmək” zərurətində təkid edirlər.

Xatırladaq ki, fevralın 13-də Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məsləhətləşmə görüşü keçirilib. Danışıqlarda Fələstin sektorunda münaqişə tərəfləri arasında Qəzzada radikallar tərəfindən saxlanılan girovların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşma, eləcə də anklavda atəşkəs rejiminin yaradılması perspektivləri müzakirə edilib. Birinci mərhələdə məsləhətləşmələrdə Misir Baş Kəşfiyyat İdarəsinin əməkdaşı Abbas Kamel, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, İsrail kəşfiyyat xidmətinin rəhbəri Devid Barnea, həmçinin Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani və baş nazir iştirak edib. 

Turan İSMAYIL