Qəzza ilə bağlı istənilən razılaşma atəşkəsi ehtiva etməlidir - HƏMAS

 15:51 15.02.2024     225

Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağındakı vəziyyətlə bağlı istənilən razılaşma atəşkəs rejiminin tətbiqini və yəhudi dövlətinin qoşunlarının anklavdan çıxarılmasını əhatə etməlidir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu radikal təşkilatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniya deyib.

"İstənilən razılaşma atəşkəs, İsrail ordusunun Qəzza zolağından çıxarılması və əsirlərin mübadiləsinə dair ciddi razılaşmanın tamamlanmasını ehtiva etməlidir", - o deyib.

Turan İSMAYIL