İsrailli nazirdən BMT baş katibinin müavininə sərt sözlər: "Ayıb olsun ona"
İsrailin xarici işlər naziri İsrael Katz BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsi HƏMAS-ı “terror təşkilatı” deyil, “siyasi hərəkat” adlandırdığına görə tənqid edib.
Redaktor.az xəbər verir ki, nazir bununla bağlı X sosial şəbəkə hesabında yazıb.
"BMT baş katibinin humanitar məsələlər üzrə müavini nasist təşkilatı HƏMAS-ın terror təşkilatı olduğuna inanmır və onu siyasi hərəkat adlandırır. Ayıb olsun ona", - deyə Katz bildirib.
Turan İSMAYIL