ABŞ-nin hərbi kəşfiyyat maşınları orbitə çıxarıldı
ABŞ Müdafiə Nazirliyi altı peykin, o cümlədən hipersəs və ballistik silahların monitorinqi üçün nəzərdə tutulmuş iki peykin uğurla buraxıldığını bildirib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Çərşənbə günü Raketdən Müdafiə Agentliyi və Kosmik İnkişaf Agentliyi altı peykin aşağı Yer orbitinə uğurla buraxıldığını təsdiqləyib. Amerikanın "Space X" şirkətinin "Falcon" 9 daşıyıcı raketinin Kanaveral burnunda (Florida) kosmodromdan buraxılışı yerli vaxtla saat 17:00-da baş tutub. HBTSS (Hipersonik və Balistik İzləmə Kosmos Sensoru) səsdən sürətli və ballistik raketləri izləmə sisteminin iki peyki, həmçinin daha dörd hərbi kəşfiyyat maşını orbitə çıxarılıb" - sənəddə deyilir.
Pentaqon daha əvvəl bildirib ki, HBTSS peykləri hipersəs və ballistik raketləri, eləcə də digər “mütərəqqi silahları” yerüstü aşkarlama vasitələrindən istifadə etməklə daha tez aşkar etməyə imkan verəcək. Gözlənilir ki, yaxın bir neçə həftə ərzində mütəxəssislər cihazların normal işləməsini təsdiqləmək üçün bir sıra testlər və yoxlamalar keçirəcəklər. Peyklərin orbitdə sonrakı sınaqlarına iki il vaxt ayrılıb.
Turan İSMAYIL