NATO Ukrayna hərbçiləri üçün təlim mərkəzi yaradır
NATO Polşada ukraynalı hərbçilərin alyansın əsgərləri ilə birgə təlim keçəcəyi təlim mərkəzi yaratmaq qərarına gəlib.
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə fevralın 15-də təşkilatın baş katibi Yens Stoltenberq məlumat verib.
NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra mətbuat konfransında o, Polşada təhlil, təlim və təhsil üçün yeni NATO-Ukrayna müştərək mərkəzinin yaradılması barədə qərar qəbul edildiyini bildirib.
O qeyd edib ki, Ukrayna hərbçiləri NATO-dakı həmkarları ilə birgə təhsil almaq və təlim keçmək imkanı əldə edəcəklər. Həmçinin bu mərkəzdə Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Ukrayna hadisələri zamanı öyrəndikləri təcrübələri bölüşə biləcəklər.
Stoltenberq bildirib ki, mərkəz Bydgoszcz şəhərində yaranacaq. O qeyd edib ki, NATO ölkələri hələ texniki detallar barədə qərar verməyiblər. Onun sözlərinə görə, indiyədək siyasi qərar qəbul edilib və ilin sonunda praktiki qərarlar qəbul olunacaq.
Turan İSMAYIL