Qırğızıstan prezidenti əmlakının dəyərindən DANIŞDI
Qırğızıstan prezidenti Sadır Japarov “Facebook” sosial şəbəkəsində Bişkekdə ona məxsus olan binanın fotolarını dərc edib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Onun sözlərinə görə, dəyəri 20 milyon dollardan çox olan əmlakın leqallaşdırılması üçün dövlət büdcəsinə təxminən bir milyon rubl ödəyib.
“Məlum oldu ki, mənim bütün aktivlərim təxminən 20 milyon dollar dəyərində olacaq. Qanuniləşdirmə üçün dövlətə bir milyon ödədim. Bu, qanunun tələbidir. Xaricdə gizlətdiyim pulum olsaydı, mən də gətirib banklarımıza qoyardım”, - Qırğızıstan dövlətinin başçısı bildirib.
O bildirib ki, 2020-ci ildə respublikanın prezident seçkiləri zamanı seçki qərargahı adıçəkilən binada yerləşib.
Yusif EYVAZLI