İsrail Qəzzanın şimalına humanitar yardımın 51%-ni qadağan edib
İsrail Qəzzanın şimalında yaşayan əhaliyə humanitar yardımın çatdırılmasına qadağa qoyub.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
“Yanvarın 1-dən fevralın 12-dək humanitar tərəfdaşların yardım çatdırmaq və Qəzza Vadisinin şimalındakı ərazilərdə vəziyyəti qiymətləndirmək üçün planlaşdırdıqları missiyaların 51%-i İsrail hakimiyyəti tərəfindən rədd edilib”, - agentliyin saytında dərc olunan bəyanatda deyilir.
Yusif EYVAZLI