Ukrayna F-16-ları NATO aerodromlarından istifadə edə bilməyəcək

 21:36 15.02.2024     241

Kiyev F-16-ların bazası üçün NATO aerodromlarından istifadə edə bilməyəcək.

Redaktor.az xəbər verir ki, bunu Kiyev-24 telekanalının efirində Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

“Hər bir ölkə və hökumət öz təhlükəsizliyini düşünür, xüsusən də ölkənin NATO-da olduğu zaman bu, kollektiv təhlükəsizlik çərçivəsində mümkün olmadığına görə”.

Qeyd edək ki, bu yaxınlarda Niderland Krallığının müdafiə naziri Kaisa Ollonqren ölkəsinin Ukraynaya 6 F-16 qırıcısını təhvil verməyə hazırlaşdığını açıqlamışdı.

Turan İSMAYIL