"Təhlükəsizlik Şurasında Qəzzadakı vəziyyətlə bağlı fikir ayrılığı təşkilata zərər vurur" - BMT rəsmisi
Qəzza zolağındakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasında birliyin olmaması sülh və təhlükəsizliyə mənfi təsir göstərir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Hesab edirəm ki, Şurada birliyin olmaması və Şurada bu və bir çox digər məsələlərdə fikir ayrılıqlarının davam etməsi Birləşmiş Millətlər Təşkilatına zərərlidir, sülh və təhlükəsizliyə zərərlidir".
2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas almağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Turan İSMAYIL