İsrail və HƏMAS arasında yeni razılaşma mümkündür - Blinken

 22:47 15.02.2024     268

İsraillə Fələstinin radikal HƏMAS hərəkatı arasında Qəzza zolağında döyüşlərdə yeni fasilə və girovların azad edilməsini nəzərdə tutan yeni sazişin imzalanması mümkündür.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Albaniyanın paytaxtı Tiranada keçirdiyi mətbuat konfransında deyib.

"Biz Qətərdən, Misirdən, İsraildən olan həmkarlarımızla birlikdə bu, çox gərgin iş üzərində işləyirik, razılıq əldə etməyə çalışırıq. Mən inanıram ki, bu mümkündür", - Amerika diplomatiyasının rəhbəri deyib.

Turan İSMAYIL