"Hizbullah" İsrailin bu şəhərini atəşə tutdu

 22:58 15.02.2024     283

"Hizbullah" silahlı qüvvələri İsrailin Livanla sərhədindən 2,5 km aralıda yerləşən Kiryat Şmona şəhərinə kütləvi hücuma keçib.

Redaktor.az xəbər verir ki, Əl-Cəzirə televiziyasının məlumatına görə, şiə döyüşçüləri bu sərhəd yaşayış məntəqəsinə çoxsaylı raket sistemlərindən ən azı 40 mərmi atıblar. Hücumun nəticələri barədə ətraflı məlumat verilməyib.

Bundan əvvəl “Hizbullah”ın hərbi informasiya xidməti öz teleqram kanalında “İsrail Hərbi Hava Qüvvələrinin Livan yaşayış məntəqələrini bombalamasına cavab olaraq Kiryat Şmonaya onlarla raket atıldığını” bildirmişdi.

Şiə yaraqlıları da tank əleyhinə idarə olunan raketlərdən istifadə edərək, Əl-Mərc və Əl-Samaka sərhəd bölgələrində İsrail mövqelərinə hücum ediblər.

Turan İSMAYIL