Xəzərdə Rusiya gəmisi batdı
Xəzər dənizində Rusiyanın göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmisi batıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS Rusiyanın İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə zamanı iki nəfər itkin düşüb.
"İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi hava şəraitinin pisləşməsi səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüb. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb", - məlumatda deyilir.
Bildirilib ki, daha bir nəfər qayıq tərəfindən sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib.
Hazırda itkin düşənlərin axtarışı davam edir. Müstəntiqlər hadisənin bütün hallarını müəyyən etmək üçün araşdırma aparırlar.