İran quru sərhədlərini bağlayacaq

 13:51 16.02.2024     182

İran qonşu ölkələrlə quru sərhədlərini bağlamağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, briqada generalı Əmir Kiumars Heydəri bildirib.

O qeyd edib ki, İran heç vaxt qonşu ölkələri təhdid etmək, onların sərhədlərini pozmaq və ya işğal etmək niyyətində olmayıb:

“Bu, qonşu ölkələrə qarşı haqsızlıq deyil. Bütün ölkələrin öz sərhədlərini bağlamaq səlahiyyətləri var”.