Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi

 17:47 16.02.2024     223

Şərqi Avropadakı müharibədə Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda keçirilən mitinqdə çıxış edərkən deyib.

O bildirib ki, Türkiyə davam edən müharibədə bir çoxundan fərqli olaraq, alova benzin tökməyib: “Əksinə, biz vasitəçilik üçün çalışdıq. Hərçənd ki, bizi də yanlış yola çəkmək istəyənlər var idi”.

R.T.Ərdoğan söyləyib ki, Ankara bu müharibədə Qərbin yox, ədalətin mövqeyindən çıxış edib: "Biz usta şahmatçılar kimi davrandıq. Nəticədə Türkiyənin təhlükəsizliyini təmin edə bildik".

Türkiyə lideri bildirib ki, ölkəsinin xarici siyasət kursunun əsas istiqaməti dostların sayını artırmaqdır: "Dost və qardaş ölkələrlə isə əlaqələri gücləndirməliyik".