İran hökuməti güneyli qadını səssizcə edam etdi

 18:00 16.02.2024     210

İran hökuməti güneyli qadını səssizcə edam edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına istinadla xəbər verib.

Bildirilir ki, yanvarın 20-də Güney Azərbaycanın Qəzvin şəhər mərkəzi həbsxanasında Hacər Ətabəki adlı qadın dar ağacından asılıb. Bir uşaq anasının edamı İran hökuməti tərəfindən rəsmi olaraq açıqlanmayıb.

Təşkilatdan vurğulanıb ki, o, təxminən iki il yarım əvvəl “narkotik maddələrin qanunsuz dövriyyəsi” maddəsi ilə həbs olunub.

Qeyd edək ki, Ətabəki 2024-cü ildə edam cəzası qeydə alınan sayca ikinci qadındır.