"Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır" - Blinken
ABŞ dövlət katibi Entoni Blinken rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə görə Rusiya Prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını deyib.
Redaktor.az "Independent"ə istinadən xəbər verir ki, o, Münxendə jurnalistlərə açıqlamasına bildirib ki, Rusiya antikorrupsiya aktivistini “təqib edib, zəhərləyib və həbs edib”.
“Buna görə Rusiya məsuliyyət daşıyır”, - dövlət katibi bildirib.