BMT Rusiyanı Navalnının ölümü ilə bağlı araşdırma aparmağa çağırdı
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi hesab edir ki, Aleksey Navalnının ölümü ilə bağlı mötəbər araşdırma aparılmalıdır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi Elizabet Trossel bildirib.
Onun sözlərinə görə, BMT Navalnının həbsxanada ölməsi xəbərindən şoka düşüb.
"Rusiya hakimiyyətini etibarlı araşdırma aparmağa çağırırıq" - Trossel deyib.
Xatırladaq ki, bu gün rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.
Turan İSMAYIL