Almaniya Ukrayna Silahlı Qüvvələrinə yardım vəd etdi

 19:43 16.02.2024     268

Almaniya yaxın on il ərzində Ukrayna hərbçiləri üçün avadanlıq və təlim formasında Kiyevə hərbi yardım göstərmək niyyətindədir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Almaniya və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin rəsmi mətnində deyilir.

“Almaniya Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam bərpa etmək üçün Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələrinə uzunmüddətli hərbi dəstək vermək niyyətini vurğulayır”, - Sənəddə deyilir

Yusif EYVAZLI